"102 erməni öldürən azərbaycanlı zabit" videosuyla gündəmə gələn mərhum Məhərrəm Seyidovun həyatının Qarabağ savaşından öncəki dövrləri kifayət qədər maraqlı olub. Milli.Az “Axar.az”a istinadən mərhum mayorun tərcümeyi-halını təqdim edir.
Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı il mayın 1-də Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəy kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəy kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində idmanın cüdo və sambo növləri ilə məşğul olub. Sonralar elə bu idman növündə də “idman ustası" dərəcəsi alıb. Mərhum kapitan daha sonra gənclər arasında Ermənistan çempionluğunu qazanıb.
1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində təhsil alan Məhərrəm Seyidov burada hərbi biliyin sirlərinə yiyələnir. Burada da sevdiyi idman növündən kənar qala bilmir. O 1987-ci ildə keçirilən Hərbçilər arasında cüdo yarışında Ukrayna çempionu olur.
Doğum günü şəhid olan
1988-1992-cü illərdə SSRİ-nin müxtəlif yerlərində hərbi hissələrdə tağım, bölük komandiri və qərargah rəisi kimi xidmət edir. Qarabağ savaşı başladıqdan sonra doğma vətəninə qayıdan mərhum kapitan burada könüllü olaraq orduya yazılır. 1994-cü il mayın 1-də, 28 yaşı tamam olan gün Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov düşmən gülləsinə tuş gələrək həlak olur. Milli.az
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3