qayıdır. Ancaq 3 dənə suala cavab tapa
bilmir. Alimlərə sual versə də heç biri
cavab verə bilmir. Valideynləri bir nəfər
din alimi gətirirler ki, bəlkə sənin
suallarına din alimi cavab verə bildi.
Oğlan alimə deyir ki, siz mənim
suallarıma cavab verə biləcəksinizmi?
Heç bir alim cavab verə bilməyib.
Alim deyir ki, İnşallah, cavab verməyə
çalışaram, Allahın köməkliyi ilə..
Oğlan suallarını verməyə başlayır:
1. Allah varmı? Əgər Allah varsa, mənə
təsəvvür edin ki, Allah necədir?
2. Qismət varmı?
3. Şeytan da oddan yaranıb, cəhənnəm
də oddan yaranıb. Bəs Allah
düşünməyib ki, od odda necə yana
bilər?
Oğlan suallarını bitirdikdən sonra alim
oğlana sillə vurur.
Oğlan alimə deyir ki, niye esəbləşdiniz?
Alim deyir: əsəbləşmədim, bu sillə sənin
verdiyin suallarının cavabıdır.
Oğlan başa düşmür. Deyir bu necə ola
bilər mənim suallarımın cavabı?
Alim oğlandan soruşur:
- Üzün ağradı?
- Oğlan deyir: bəli, ağradı.
- Alim soruşur: indi mənə təsəvvür elə
görüm, ağrı necə olur?
- Oğlan deyir: necə təsəvvür edim axı?!
Hiss edirəm ki, ağrıyır.
- Alim deyir: biz də Allahı təsəvvur edə
bilmirik, yalnız hiss edirik ki, Allah var.
- Alim ikinci sualına cavab olaraq
oğlandan soruşur: sən bilirdin ki, mən
sənə sillə vuracam? Sənin qismətində
var idi?
- Oğlan deyir: yəqin ki, var idi deyə
vurdunuz.
- Alim deyir: xeyr, yox idi. Sən mənə
sual verməsəydin, mən səni
vurmayacaqdım. Qismet əməldən
asılıdır.
-Üçüncü suala gəlincə isə alim oğlandan
soruşur: mənim əlim nədəndi?
- Oğlan deyir: ətdən.
- Alim soruşur: bəs sənin sifətin
nədəndir?
Oğlan deyir: ətdən.
Alim deyir: bax görürsən, mənim əlim
ətdən və sənin sifətin ətdən olsa da,
bir- birinə deyəndə ağrıtdı. Şeytan da
oddan olmasına baxmayaraq, yenə də
cəhənnəmin odunda yanacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1