Sual: Kişi və qadın dost ola bilərmi ?
Cavab:
Bir qadının naməhrəm kişi ilə dostluq
münasibəti qurmağı caiz deyil.
Evlilik məqsədi ilə olan görüşlər
istisnadır.
Həmin görüşlərdə belə ciddiyyət
qorunmalı, görüş üçün ictimai yerlər
seçilməlidir.
Bu görüşdən valideynlər xəbərdar
olmalı və evlililk üçün hazırlıq
görülməlidir.
İnsan hissləri olan varlıqdır.
Bu səbəbdən münasibətdə olduğu,
söhbət elədiyi insanlardan mütləq
təsirlənir.
Bu təsir bəzən hisslərin ağlın önünə
keçməyinə qədər gətirib çıxarır.
Bir-birləri haqqında daha çox məlumat
sahibi olduqdan, bir-birini daha
yaxından tanıdıqdan sonra isə artıq
həmin şəxsdən uzaqlaşmaq çətinləşir.
Dövrümüzdə qız və oğlanlar arasında
dostluq adı altında qurulan
münasibətlər dinimizdə qadağandır.
Belə münasibətlərdə zərərçəkən
adətən qızlar olur.
Üstəlik yad bir qız və oğlanın dostluq
adı altında birgə gəzməyi, görüşməyi,
saatlarla söhbətləşməyi bizim
dəyərlərimizə və mentalitetimizə də
ziddir.
Həmçinin belə bir münasibət qız və ya
oğlan haqqında dedi-qodu və söz-
söhbətin ortaya çıxmasına da səbəb
olacaq.
Onların bir-birini evlənmək niyyətilə
tanımaq istəyi və ya Biz sadəcə dostuq,
aramızda başqa şey ola bilməz kimi
sözləri belə bir münasibətin doğru
olduğu mənasına gəlmir.
Real fikirləşsək yad bir qız və oğlan
arasında hansı dostluq münasibəti ola
bilər ki ?
Dostluq kəlməsini sadəcə eyni qrupda
oxumaq, iş yoldaşı olmaq, ad günündə
hədiyyə almaq, saatlarla virtual
şəbəkələrdə boş-boş yazışmaq,
paylaşılan şəkilləri bəyənmək və şərh
yazmaqla məhdudlaşdırmaq olmaz. Bu
kimi nəfsə xoş gələn hərəkətlərə
dostluq donu geyindirməmək lazımdır.
Dostluq ülvi duyğudur. Hər münasibət
dostluq sayıla bilməz.
Tutaq ki, bir qızla bir oğlan dost oldular.
Bunlar nə edəcəklər ?
Bir-birlərini daha yaxından tanımağa
çalışacaqlar. Bu isə o deməkdir ki, bir-
biri haqqında çox şeyi biləcəklər.
Xoşlarına gələn və gəlməyən
xüsusiyyətləri olacaq.
Bir müddət sonra bu münasibət daha da
irəliləyəcək.
Artıq sadəcə söhbət eləmək kafi
gəlməyəcək. Zarafat və s. buna əlavə
olunacaq.
Tədricən bir çox qadağalar, dinimizə
görə haram olan şeylər görməzlikdən
gəlinəcək, Bizim aramızda heç nə ola
bilməz.
Biz sadəcə dostuq, bunda nə var ki ?
deyilərək edilən hər hərəkətdə
doğruluq payı axtarılacaq.
Dostlar özləri də fərqinə varmadan bir-
birinin həyatında müəyyən dəyər
qazanacaq və bir-birinin həyatına
müdaxilə etməyə başlayacaqlar.
Bunun nəticəsi isə heç də yaxşı
olmayacaq.
Heç bir qadın və ya kişi həyat yoldaşı
olacaq insanın həyatında başqa birinin
olmağını istəməz.
Başqa biri ilə dost olan şəxs bunu ailə
quracağı insana necə izah edəcək? Hər
şey bir tərəfə, sui-istifadə olunan
hisslər nə olacaq?
Belə dostluq münasibətlərinin qadın
psixologiyasına vurduğu mənfi təsirlər
saymaqla bitməz.
Evli olduğu halda naməhrəm kişi ilə
dostuluğa davam edən qadın əri
tərəfindən xəyanətlə günahlandırılma
yacaqmı? Diqqətlə baxanda zahirdə heç
nə yoxmuş kimi görünən bu dostluq
münasibətinin cavabsız suallar
məcmuəsinə çevrildiyinin şahidi olarıq.
Xülasə, sadalanan xüsusları nəzərə
alaraq ağıl və məntiqlə düşünsək qadın
və kişi arasında dostluq münasibətinin
mümkün olmadığını görərik... !!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4