03. 2019. 10 Rəcəb 1440.
İmam Cavadın (ə) mövludu.
Hicrətin 195-ci ilinin Rəcəb ayının 10-da
Mədinədə dünyaya göz açıb.
Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar,
Zəkiyy, Murtəza və s.
Anasının adı Səbikə xanımdır. İmam Rza
(ə) onu həm də Xizran, Dürrə, Reyhan
adlandırmışdır
Səbikə xanım Peyğəmbərin (s) xanımı
olan Mariyya Qibtiyyənin inəsildən
olmaqla yanaşı böyük mənəviyyat
sahibi olmuşdur.
İmam Rzanın (ə) 40 yaşa qədər övladı
olmamışdır. Ona görə imamət
məsələsində müəyyən çaşqınlıq əmələ
gəlmişdi. İmam Təqi (ə) dünyaya
gələndən sonra bu məsələ öz həllini
tapdı.
Atası imam Rza (ə) Məmun tərəfindən
şəhid olanda iamamın 8 yaşı var idi. Bu
məsələ yenidən insanları taşqınlığa
saldı. Ancaq imamın (ə) əvəzsiz elmi və
təqvası bu məsələni aradan apardı.
Oğlu imam Hadi də az yaşında imamətə
çatıb. Bunu subut etmək üçün İsanın (ə)
və Yəhyanın (ə) peyğəmbər olmaları
kifayətdir.
İmam Təqi (ə) ən az yaşayan
imamlardan olub. 25 il ömür edib. !7 il
isə imamətlik edib.
Hicrətin 218-ci ilində Məmun Misirdən
qayıdarkən yolda Rəqqa adlı
məntəqədə öldü və qardaşı Mötəsim
onun yerində oturdu.
dərhal iamamı (ə) Mədinədən Bağdada
gətirdi ki, öz nəzarəti altında saxlasın.
Öz ata-babaları kimi imama (ə) həddən
artıq kin bəsləyirdi. Hər vaxt məqam
axtarırdı ki, imamamı öldürsün.
Mötəsimin oğrunun əlinin haradan
kəsilməsi barədə bir məclis təşkil etdi.
Həmin məclisdə Bağdad qazısı İbn Əbu
Duad ilə yanaşı başqa alimlərdə səhv
fətva verdilər və məclisdə rüsvay
oldular. Mötəsim isə imamın tərəfini
tutdu. Bir neçə gün sonra İbn Əbu Duad
həsəd və paxıllığı nəticəsində xəlifənin
hüzuruna gəlib dedi:
"Mən xeyirxahlıq məqsədi ilə sənə
xəbərdarlıq edirəm ki, bir neçə gün
bundan qabaq baş vermiş hadisə sənin
hökumətinin xeyrinə deyil. Çünki sən
bütün hökumət alimləri və yüksək
rütbəli nümayəndələrin hüzurunda
imam Cavadın (ə) verdiyi fətvanı
başqalarının fətvasından üstün tutdun.
Halbuki müsəlmanların yarısı onu əsl
xəlifə səni isə onun haqqını qəsb etmiş
bilirlər. Bu xəbər bütün camaat
arasında yayılaraq onun haqq olduğuna
bir daha qəti şəkildə sübut etdi”.
İmama qarşı kini çox olan Mötəsim bu
işdən sonra bərk narahat oldu və imamı
(ə) öldürmək qərarına gəldi. İmamı
məmurlarının birini kənizi vasitəsi ilə
zəhərləyib, şəhid etdi.
Beləliklə imam (ə) hicrətin 220-ci ili
Ziqədənin axırı 25 yaşında şəhid oldu.
İmamı (ə) Kazimeyndə dəfn etdilər.
Uydurulmuş hədislərə görə imam
Cavadın (ə)
Yəhya ibn Əqsəmə verdiyi cavab:
“Bu xəbəri rəvayət edən kəs,
Peyğəmbərin (s) vida həccindəki bu
sözünü də xatırlamaq məcburiyyətində
dir: “Mənim adımdan yalan söyləyənlər
olduqca çoxalmışdır, məndən sonra da
çoxalacaqdır. Hər kəs mənim adımdan
bilərəkdən yalan söyləyərsə yeri
cəhənnəm atəşi olacaqdır.”
İmam Cəvad (ə) sözünə belə davam
etdi:
“ Dediyin adamın haqqındakı bu
rəvayətdə Allahın kitabı ilə uyğun
gəlməməkdədir. Çünki Allah belə
buyurur:
“And olsun ki, insanı Biz yaratdıq və
nəfsinin ona nə vəsvəsə etdiyini də Biz
bilirik. Biz ona şah damarından da
yaxınıq!” (Qaf 16).
Görəsən o adamın Allahdan razı olub-
olmadığı Allaha gizliydimi ki bunu
Peyğəmbərindən soruşur?!
Bu əqlən mümkünsüzdür.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7