Çoxsaylı müraciətləri nəzərə alaraq,
Rəğaib gecəsi haqda məlumatı təqdim
edirik:
"RƏĞAİB GECƏSİNİN ƏMƏLLƏRİ "
Rəcəb ayının ilk cümə gecəsi leylətül-
rəğaib yaxud arzular gecəsi adlanır. Bu
il Rəğaib gecəsi martın 14-də şam
azanında başlayır və martın 15-i sübh
azanında bitir. Həzrət Peyğəmbərdən (s)
nəql olunan hədisdə deyilir ki, mələklər
bu gecəyə "arzular gecəsi" deyər. Digər
hədisə əsasən, bu gecə edilən ibadət
ölümdən sonra bir nur kimi canlanar və
Qiyamətə qədər insanı tənhalıq və
qorxudan qoruyar.
Rəğaib gecəsi üçün vacib olmayan, lakin
bəyənilən bir ibadət var. Beləki, ilk
cümə axşamı günü (14 mart) oruc
tutulur. Qəzası olanlar qəza niyyəti ilə,
qəzası olmayanlar isə müstəhəb niyyəti
ilə oruc tutmalıdır. Cümə gecəsi daxil
olduqdan sonra (14 mart məğrib
azanından sonra) məğrib və işa
namazları arasında on iki rükət (altı
dəfə iki rükətli) namaz qılnır. Hər
rükətdə 1 dəfə "Fatihə", 3 dəfə "Qədr"
və 12 dəfə "İxlas" surələri oxunur.
On İki rükətlik namaz bitdikdən sonra
70 dəfə "Allahummə səlli əla
Muhəmmədin-nəbiyyil-ummiyy və əla
alihi" deyilir (tərcümə: “İlahi, hamıya
peyğəmbər olaraq göndərilmiş
Məhəmmədi və onun soyunu xeyir-
bərəkətinlə ucalt”).
Sonra səcdəyə gedib 70 dəfə "Subbuhun
quddusun Rəbbul-məlaikəti vər-ruh"
deyilir (tərcümə: “Mələklərin və Ruhun
Rəbbi pak və müqəddəsdir”).
Sonra səcdədən başını qaldırıb 70 dəfə
"Rəbbiğfir vərhəm və təcavəz ‘əmma
tə’ləmu innəkə əntəl ‘əliyyul
ə‘zəm" (tərcümə: “Ya Rəbb, bağışla və
rəhm et, barəmdə bildiklərinə
baxmayaraq güzəşt et. Axı Sən uca və
əzəmətlisən!”)
Sonra isə yenidən səcdəyə gedilir və bir
daha 70 dəfə "Subbuhun quddusun
Rəbbul-məlaikəti vər-ruh" deyilir
(tərcümə: “Mələklərin və Ruhun Rəbbi
pak və müqəddəsdir”).
Bundan sonra Allaha istənilən dua ilə
müraciət olunur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев