MƏDƏNİYYƏTİMİZLƏ HEÇ BİR ƏLAQƏSİ
YOXDUR Hələ məktəb yaşlarından il
boyu bir ənənə olaraq bir çox
bayramları, o cümlədən 8 Martı
sevinclə gözləyər, Qadınlar günü kimi
qeyd edərdik. Uzaqda yaşayan, təbrik
edə bilmədiyimiz qohum-
əqrəbamızdakı qadınlara açıqça
göndərərək təbrik etməyi özümüzə
borc bilərdik. Bu bayramın mahiyyəti
və tarixi bizi o qədər də
maraqlandırmazdı. Hamı deyirsə,
bayramdır, deməli, bayramdır.
Təbrikləşmək, masa açmaq və
sevinmək lazımdır. 8 Martın tarixi
haqqında məlumdur ki, ilk dəfə 1910-
cu ildə Kopenhagendə keçirilən
“Beynəlxalq Sosialist Qadınlar
Qurultayı”nda Klara Setkin adlı bir
yəhudi sosialist qadın bu günün
Dünya Qadınlar Günü kimi qeyd
edilməsi təklifini irəli sürmüş və bu
təklif qəbul edilmişdir. Bu, qadın
azadlığı və haqlarının müdafiəsinin
təcəssümü kimi sosializmin
“humanist” ənənələrindən sayılırdı.
Həmin o sosializm ki ilk
dönəmlərindən qadınlara kişilərlə
eyni hüquqlardan əlavə eyni vəzifələr
də verərək şalban daşıtdırır, kənd
təsərrüfatı və ağır sənaye
sahələrində onların əməyini istismar
edirdi. 8 Mart ilk vaxtlar,
ümumiyyətlə, qadınların deyil, yalnız
inqilabçı solçu qadınların bayramı
kimi qeyd edilib. Bəzi tarixçilərin
fikrincə, 8 Martın təqvimə qırmızı
rəqəmlərlə düşməsinin səbəbi Klara
Setkinin milli mənsubiyyəti ilə
bağlıdır. Yəhudi mənşəli bu feminist
qadının təklif etdiyi 8 Mart günü
1910- cu ildə yəhudilərin Purim
bayramı ilə üst-üstə düşürdü (yəhudi
təqvimində Purim bayramının yeri
dəyişir). Purim bayramı isə
yəhudilərdə qadın ağlı, eyni zamanda
bu millətin özünümüdafiə haqlarını
simvolizə edir. Bibliya rəvayətlərinə
görə miladdan əvvəl 410-cu ildə
yəhudilərin Babil əsarətindən
qurtulmasından sonra Əhəməni sarayı
arzu edən yəhudilərin Qüdsə
qayıtmasına icazə verdi. Amma 100 il
müddətində Babildə zənginləşmiş
yəhudilər buna tələsmirdilər. Bu
vəziyyət iranlıları getdikcə daha çox
narahat etməyə başlayırdı. İran
ordusunun baş komandanı Haman
İran şahı Kserksin yanına gedərək
vəziyyəti ona danışır. Kserks isə
bütün yəhudiləri qılıncdan keçirməyi
qərara alır. Kserksin arvadı özünün
yəhudi olduğunu ərindən gizli
saxlayan Ester şahın qəbul etdiyi
qərarı dəyişdirməyə nail olur.
Nəticədə İran şahının çıxardığı
qərarda yəhudilərin deyil, onların
düşmənlərinin öldürülməsi nəzərdə
tutulur (Tövrat, Ester, 8:8-11).
Tezliklə yəhudilər antisemit iranlıları
darmadağın edərək Hamanın qulağını
kəsirlər. 75 000 midiyalı və fars qətlə
yetirilir. Bu qələbənin şərəfinə hər il
Adar ayının 14- cü və 15-ci günləri
(Tövrat, Ester, 9:21) Purim adlı milli
bayramın keçirilməsi qərara alınır.
(Tövrat, Ester 9:19,9:26-27)… Bayram
fevral ayının sonu, mart ayının
əvvəlində qeyd edilirdi. Tarixçilərin
bildirdiyinə görə məhz Purim bütün
inqilabçı qadınların bayramının tarixi
əsasını təşkil edirdi. Ester isə öz
müdrikliyi və qətiliyi ilə onlara örnək
qadın olaraq təqdim edilməkdədir.
(www.yeniçağ.az) Keçən əsrin
əvvəllərində Azərbaycanda sosialist
inqilabının təsiri ilə 8 Martda çadranı
– qadının iffət və nəcibliyinin
qoruyucusu olan çadranı əsarət
simvolu elan edərək yandıranlar da
oldu. 70 il sonra isə sosialist
ideologiyası çürük və əsassız
prinsipləri ilə birgə süqut edərək
demək olar ki, bütün dünyada rədd
edildi. Buna baxmayaraq, ondan
qalma bəzi ənənələr şüurlara
hoparaq bu gün də yaşanmaqda
davam edir. 8 Martın nə milli, nə dini,
nə də tarixi bir mahiyyəti olmasa da,
qəribədir ki, bugünədək bir bayram
kimi mövcud olmaqdadır. Uca Allah
Öz mükəmməl dinində qadına layiqli
dəyərini verdiyi halda, özü də ilin bir
günü üçün yox, 8 Martı Beynəlxalq
Qadınlar Günü elan edən Klara
Setkinin istəyini
gerçəkləşdirməyimizin mənası nədir?
Bəlkə, deyəcəksiniz ki, qadın qayğı və
diqqətə möhtac, zərif varlıqdır, ildə
bir dəfə ona bu diqqət və qayğını
göstərməyin nəyi pisdir? Elədirsə,
onda Allahın bütün müsəlman
qadınlar üçün örnək olaraq yaratdığı,
dünya və axirətdə ən üstün qadın
olan xanım Fatimeyi-Zəhranın (s.a)
doğum gününü Qadınlar günü kimi
qeyd etmək daha məntiqə uyğun
olmazdımı? İslamda qadın hüquqları
geniş bir mövzu olduğuna görə
burada ona toxunmağa fürsət yoxdur,
lakin xatırlatmaq istəyirəm ki, Uca
Rəbbimiz qadının kişinin yanında ilahi
bir əmanət olduğunu bildirmiş və bu
əmanətə sayğı və sədaqət tələb
etmişdir. Peyğəmbərimiz (s) qadına
olan hörmətin əhəmiyyətinə diqqət
çəkərək bir hədisində buyurmuşdur ki,
sizin ən xeyirliniz öz əhli-əyalı ilə ən
xoş davrananızdır. Tarixdə bir çox
müsəlman ölkələrində, o cümlədən
Azərbaycanda qadın ailədə xanım,
kişinin baş tacı hesab edilmişdir.
Bunun əksini iddia edənlər Sara
xatunu, Xan qızı Natəvanı, Məhsəti
Gəncəvini, Heyran xanımı və neçə-
neçə başqa diplomat, şair, mütəfəkkir
qadınlarımızı niyə unudurlar?
Keçmişdə və bu günümüzdə də
qadının hüqüqlarını tapdalayan,
Allahın özünə verdiyi fiziki gücü ilə
Ona üsyan edərək qadına qarşı
zorakılıq işlədən, çirkin, kişilikdən
uzaq, zəiflik əlaməti olan bu
hərəkətinə haqq qazandıran
müsəlman kişilər varsa, onların bu
davranışının İslamla əlaqəsi yoxdur.
Bu, İslama yox, həmin kişinin öz
şəxsiyyətinə bir ləkədir və şübhəsiz,
Allah onu bu zülmünə görə hesaba
çəkəcəkdir. İslami təfəkkür tərzinə
görə insan nəyə inanıb nəyi rədd
etməli, nəyə məhəbbət, nəyə isə
nifrət bəsləməli, nəyə kədərlənib
nəyə sevinməli olduğunu dərk
etməlidir. Şüurlu cəmiyyət də nəyi
bayram edib nəyə matəm saxladığını
bilməlidir. Elə isə gəlin düşünək: “8
Martı bayram etməyə dəyər, ya
yox?”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3
“Hər kim Tövhid və Sünnədən nə qədər uzaqlaşsa, şirk, bidət və iftiraya da bir o qədər yaxınlaşar.”
İqtida, 391
qaynağıdır. Quranda оlan kelamların
hamısı vehy ve Allahın müqeddes
ayeleridir ki, insanların heyat ve meişet
qanunlarını göstermek ve müeyyen
etmek üçün nazil оlmuşdur. Bütün
müselmanlar bilirler ki, bu qanunlar
şeriet ve heyatın bütün sahelerini ehate
edir ve buna göre de оnlara emel edib,
оnun işığında hereket etmek zeruretdir.
Quran müxtelif şekillerde Ehli-beyt
haqqında behs etmişdir:
1. Bezen xüsusi ifadeler ve adlarla
оnlardan söhbet açır: Meselen, Quranda
«Ehli-beyt», «Zevil-qurba» ve bu kimi
sair ifadelerle rastlaşırıq. Bu
keyfiyyetle bir çоx ayeler nazil
оlmuşdur ki, оnlar hezret Peyğemberin
zamanında оnun söylediyi hedisler
vasitesi ile açıqlanmışdır. О hedisler
müasir tefsirçilerin ve hedis söyleyen
ravilerin kitablarında mövcuddur.
2. Bezen de Ehli-beyt -a aid оlan
hadiseleri zikr edir ve bu vaqieler
barede nazil оlan ayelerle оnların
fezilet ve meqamlarını açıqlayır.
Bununla da ümmetin diqqetini оn...ЕщёQurani-kerim düşünce, qanun ve hikmet
qaynağıdır. Quranda оlan kelamların
hamısı vehy ve Allahın müqeddes
ayeleridir ki, insanların heyat ve meişet
qanunlarını göstermek ve müeyyen
etmek üçün nazil оlmuşdur. Bütün
müselmanlar bilirler ki, bu qanunlar
şeriet ve heyatın bütün sahelerini ehate
edir ve buna göre de оnlara emel edib,
оnun işığında hereket etmek zeruretdir.
Quran müxtelif şekillerde Ehli-beyt
haqqında behs etmişdir:
1. Bezen xüsusi ifadeler ve adlarla
оnlardan söhbet açır: Meselen, Quranda
«Ehli-beyt», «Zevil-qurba» ve bu kimi
sair ifadelerle rastlaşırıq. Bu
keyfiyyetle bir çоx ayeler nazil
оlmuşdur ki, оnlar hezret Peyğemberin
zamanında оnun söylediyi hedisler
vasitesi ile açıqlanmışdır. О hedisler
müasir tefsirçilerin ve hedis söyleyen
ravilerin kitablarında mövcuddur.
2. Bezen de Ehli-beyt -a aid оlan
hadiseleri zikr edir ve bu vaqieler
barede nazil оlan ayelerle оnların
fezilet ve meqamlarını açıqlayır.
Bununla da ümmetin diqqetini оnlara
celb edir. Bu ayelerin bezilerinde Ehli-
beyt -ın hamısından söhbet gedir.
Meselen, «Ali Imran» suresinin 61-ci
ayesi «Mübahile» ve «Dehr» suresinde
оlan «Itam» ayesini buna misal
göstermek оlar. Bezi ayelerde ise Ehli-
beyt -ın ayrı-ayrı üzvleri haqqında
behs edilir. Meselen, «Vilayet» ayesinde
deyilir:
[color=blue]«Heqiqeten, Allah, оnun
Peyğemberi ve iman getirib namaz qılan
ve rüku halında zekat verenler, sizin
ixtiyar sahiblerinizdir.»[/color]Bu aye
qarşıda deyileceyi kimi, hezret Eli
haqqında nazil оlmuşdur. Ehli-beyt
haqqında çоx ayeler nazil оlmuşdur,
lakin biz burada оnların bezileri haqda
söhbet edeceyik: