Qurani-Kərim həyat yoldaşını seçmək
üçün 5 meyar irəli sürür ki, evlənmək
istəyən cütlər bu meyarlara diqqət
etməlidir. Əgər evlənən zaman bu
meyarlara diqqət etsəniz, dünya və
axirət səadətinə çata bilərsiniz. 1.
İslam və iman. Həyatının şəriki olacaq
insanı seçən zaman ən mühüm meyar
- İslam dini və həmin şəxsin
əqidəsidir. Qadınla kişi bu məsələdə
eyni fikirdə və eyni əqidədə olmalıdır.
Əgər onlardan biri müşrik olsa,
evlilikləri batil olar. "Müşrik
qadınlarla, iman gətirməyincə
evlənməyin. Əlbəttə ki, möminə bir
kəniz azad və müşrik bir qadından -
hətta o(nun camalı və malı) sizin
xoşunuza gəlsə belə - daha yaxşıdır.
Həmçinin müşrik kişilərə iman
gətirməyincə arvad verməyin.
Əlbəttə ki, mömin bir qul azad və
müşrik bir kişidən - hətta o(nun malı
və məqamı) sizin xoşunuza gəlsə belə
- daha yaxşıdır. Onlar (müşrik kişi və
arvad ər- arvadlılıq müddəti boyunca
küfr və mənəvi pozğunluq
baxımından öz həyat yoldaşlarına
təsir edir və nəticədə onları) oda tərəf
dəvət edirlər. Allah Öz yardımı ilə
Cənnətə və bağışlanmağa doğru
dəvət edir və Öz ayələrini insanlara
açıqlayır ki, bəlkə (düşünüb)
anladılar”. (”Bəqərə” 221). 2. İffətli
olmaq. Quranın nəzərinə görə günaha
batmamış pak nəfs - paklıq tələb
edər. Bu cür nəfs özünə pak nəfsdən
başqasını cəzb etməz. Quran buyurur:
"(Əqidə, əxlaq və əməldə) xəbis
qadınlar xəbis kişilər üçün və xəbis
kişilər xəbis qadınlar üçündürlər
(onlar zat və təbiətlərinin tələbinə
əsasən bir- birlərini taparlar).
Həmçinin (pis əqidə, əxlaq və
əməldən) pak qadınlar pak kişilər
üçün və pak kişilər pak qadınlar
üçündürlər (bunlar da öz nürani zat və
təbiətlərinin tələbinə əsasən bir-
birlərini taparlar). Onlar (paklar
başqalarının onlar barəsində)
dediklərindən pak və uzaqdırlar.
Onlar üçün (dünya və axirətdə)
bağışlanma və dəyərli ruzi vardır”.
("Nur” 26). 3. Təvazökarlıq, tövbə,
ibadət, Allahın əmrlərinə itaət etmək.
Qurani-Kərim "Təhrim” surəsində
buyurur: "Əgər o sizə təlaq versə, ola
bilsin ki, Rəbbi sizin yerinizə ona
sizdən daha yaxşı zövcələr – Allaha
təslim olan, mömin, itaətkar,
tövbəkar, ibadət edən, oruc tutan, dul
qadınlar və bakirə (qızlar) versin”.
("Təhrim” 5). O şəxs ki, mömin ailəyə
malik olmaq istəyir, gərək hər şeydən
əvvəl müsəlman, iffətli, təqvalı,
imanlı qadınla evlənməyə çalışsın.
Əks halda bu cəmiyyətin bünövrəsini
sarsıdar. 4. Saleh əməl. "Hər kim –
kişi, yaxud qadın imanı olan halda
yaxşı iş görsə, onu şübhəsiz,
(dünyada) pak bir həyatla yaşadacaq
və (axirətdə) mükafatlarını çox gözəl
olan əməllərinin müqabilində
verəcəyik”. ("Nəhl” 97). 5. Təqva. "Ey
insanlar! Şübhəsiz, Biz sizin hamınızı
bir kişi və qadından (Adəm ilə
Həvvadan) yaratdıq (və ya sizin hər
birinizi bir ata və anadan yaratdıq) və
sizi bir-birinizi tanıyasınız deyə böyük
və kiçik qəbilələr etdik. (Odur ki, sizin
aranızda irqi üstünlük yoxdur.)
Həqiqətən sizin Allah yanında ən
hörmətliniz sizin ən pəhizkarınızdır.
Həqiqətən, Allah çox bilən və
xəbərdardır”. ("Hucurat” 13). İmam
Sadiq (ə) buyurur: "Sizlərdən hər kim
evlənmək istəsə, yaxşı olar ki, iki
rükət namaz qılsın ki, Allah ona əmin,
təvazökar, namus və sirrlərini hifz
edəcək həyat yoldaşı nəsib etsin”.
Qısaca demək olar ki, İslam dini
müsəlmanları evlənən zaman diqqətli
olmağa və imanlı, təqvalı, iffətli bir
müsəlmanla ailə qurmağa dəvət edir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев