Предыдущая публикация
Bir karvan həsrətim, bir köç qəmimsən.
Doğmadan doğmasan, ögeydən ögey,
Sən candan əzizim, sən heç kimimsən.
.
Yol alıb talehim üzü tərsinə,
Yeriyir üstümə dərd axın-axın.
Bilmirəm sən mənim nəiymsən indi,
Uzaqdan uzaqsan, yaxından yaxın.
.
Nə yadıq yad kimi, nə də doğmayıq,
Bu eşqin astarı üzə düşübdür.
Doğma ola-ola yad olmaq zülüm -
Elə bu zülüm də bizə düşübdür.
.
Daha indən belə yadlaşaq gərək,
Kəsib yolumuzu ayrılıq əymiş.
Yollayıb sevgimə ayrılıqları,
Bu taleh neçə yol qəlbimə dəymiş.
.
… Sən mənim ümiddən sonrakı ağrım,
Bir dünya kədərim, qəmimsən indi.
Nə yadsan yad kimi, nə də doğmasan,
Bilmirəm sən mənim nəyimsən indi…
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев