Yuxudan oyanıb gecə yarısı,
Acı fəryad çəkdi,ağladı könlüm.
Ovuda bilmədi özü-özünü,
Hər kəsi yandırdı,dağladı könlüm.
Bilmədi nə desin belə qismətə,
Heç tabı qalmayıb acı həsrətə.
Çarəsiz yolunu salıb qürbətə,
Yadlar ilə ülfət bağladı könlüm.
Bir az giley etdi sevdiyi yarə,
Getdi dərdlərinə tapmağa çarə.
Bir azar etsə də gününü qarə,
Sirrini gizlində saxladı könlüm.
Kimsə soruşmadı dərdimi məndən,
Tək könül neyləsin,çatlayır qəmdən.
Bir xəbər də yoxdur,uzaq sevəndən,
Kükrədi,içindən çağladı könlüm.
Kimsədən xeyir yox,kimsədən kömək,
Nə gərək, dərdini açmaq,söyləmək.
Anladı,heç kəsi yox imiş demək,
Ümüdin Allaha bağladı könlüm.
Söylədi,Güldanə,dərd çəkmə, yetər,
Dünyada dərdlər var,bundan da betər.
Bir ayaq nədir ki,sağalar,keçər,
Bir az sakitləşib, yuxladı könlüm.))))))
Güldanə Ramazanova. 07 09 2016
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев