Предыдущая публикация
Başqa nə gələr ki, əlimdən mənim.
Otaqda şəklimi asdığın yerdən,
Gərək ki, asaydın dilimdən məni…
***
Kobudluq elədim, xətrinə dəydim,
Özün də bilirsən, acıdır dilim.
Biraz da əsəbi, biraz da tərsəm,
Yaxşı ad qoymusan "dəli sevgilim"
***
Istəsən bağışla, istəsən öldür,
Sən özün bilərsən, özün bilərsən.
Mən "dəli" biriyəm, sən də ağıllı,
Sən, ona görə də düzün bilərsən.
***
"Kağız ürəyim"i cırıb atarsan,
Sonra bağışlamaz "qürurum" səni.
"Dəlim" deyə-deyə elədin dəli,
Ölüncə sevməkdir qərarım səni...
***
Onu da bilirəm, yumşaqdı qəlbin,
Onu da bilirəm, sevirsən məni.
Məncə, ən yaxşısı bağışlamaqdır,
Dəliyəm, hər nəyəm, sevirəm səni…
***
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев