Yaş ötdükcə bir çox insanlarda (əsasən 30-40 yaşından sonra) dərinin daha az elastik olmasindan göz qapaqlarının sallanması baş verir. Gözlərin altında şişlər və “göz torbaları” əmələ gəlir ki, onlar da insa…nı qoca və yorğun göstərir. Bu halda çıxış yolu cərrahi əməliyyatda olur. Göz qapaqlarının plastikası tibbdə Blefaroplastika adlanır.
Əməliyyata başlamazdan öncə pasiyent sağlamlıq durumunu öyrənmək həmçinin anesteziyaya qarşı hansısa əks təsirin olub-olmadığını öyrənmək üçün bir neçə analizlər verməlidir.
Adətən bu əməliyyat ümumi anesteziya (narkoz) altında aparılır. Lakin əgər pasiyent yerli anesteziyaya (göz ətrafındakı zonanın ağrısızlaşdırması) üstünlük verirsə, o, yenə də heç bir ağrı hiss etmir, ancaq gözün basılmasını və ya gözlərini bağlamaq imkanının olmamağından qıcıqlanma hiss edə bilər.
Əməliyyat adətən 1,5 - 2 saat çəkir. Pasiyentin vəziyyətindən asılı olaraq əməliyyat günü pasiyent evə buraxıla bilər.
Əməliyyatdan sonra pasiyent televizora çox baxmaqla, çox kitab oxumaqla gözlərini yormamalıdır. Hətta 2 həftəyə qədər bağlı gözlərlə dincəlmək məsləhət görülür. Bundan başqa həkim pasiyentə müxtəlif spirtli içkilərdən və siqaretdən də uzaq olmağı məsləhət görür. Əgər pasiyent əməliyyatdan öncə linzalardan isitifadə edirdisə artıq əməliyyatdan sonra 2 həftə ərzində onlardan istifadə etməməlidir. Pasiyent başını hündürlüyə qaldırılmış vəziyyətdə yatmalıdır ki, əməliyyat zonasında mayenin yığılmasın.
Pasiyent bütün göstərişlərə riayət edərsə göz ətrafının sağalması çətin keçmir. Həkim antibakterial məlhəm və ya göz almasının üstünün nəmləndirilməsi üçün dərmanlar təyin edə bilər. Bundan başqa, ağrı, qanaxma və şişləri azaltmaq üçün 2 gün ərzində buz paketləri qoymağı məsləhət edilə bilər. Lazım olduqda ağrıkəsici dərmanları təyin edilir.
Artıq bir həftədən sonra pasiyent tədricən fiziki çalışmalara və adət etdiyiniz fiziki fəallığa qayıda bilər.
Əməliyyatın izləri təxmini yarım ildən sonra hamarlanır və görünməyən ağ xəttə çevrilir. Yalnız sizin əməliyyat keçirdiyinizi bilən insan bu xətti seçə bilər.
İmplant Estetik Tibb Mərkəzi
Unvan: Sumqayit sheh, Azerbaycan. 6-ci mkr. AZ5000
Tel: (+99418) 642-18-96: (+99412) 408-21-96
(+99450) 744-18-96: (+99470) 202-18-96 www.implant.az info@implant.az
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4