Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Onlar boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçasıdır ) yuxarıda yerləşir.
Adenoidlərin inkişafı.
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.
Fəsadları:
Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
- Haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
- Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
- Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Ama bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.
Bu fəsadlardan qorunmaq üçün vaxtında müalicə lazımdır.
Adenoidlərlə mübarizədə cərrahi müdaxilə daha effektli hesab olunur. Lakin bundan sonra da adenoidin yenidən əmələ gəlməsi ehtimalı var. Çünki adenoidlərin intensiv böyüməsi məhz 5-6 yaşlarda baş verir. Ona görə də uşaqların çox erkən yaşlarında əməliyyat olunması məsləhət görülmür.
Adenoidlər normal halda 5 yaşdan sonra öz qoruyucu funksiyasını itirir və sonrakı yaş dövrlərində onların kiçilməsi baş verir. Böyük adenomalar isə xroniki problemlər yaradır və qulaq iltihabına səbəb olur.
Adenoidlərə nə üçün müdaxilə edilir?
Bunun bir çox səbəbləri var və əsasları aşağıdakılardır:
1. Adenoidlər çox böyük olduğundan burunun arxa divarını bağlayır və nəfəs almanı çətinləşdirir. Bu isə əməliyyat zərurəti yaradır. Uşaq ağızla nəfəs alır, xoruldayır, narahat yatır. Adenoidlər böyüdükdə qulaq iltihabına səbəb olur və buna adətən, məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.
2. Adenoidlərin böyüklüyü burun seliyinin daim axmasına və ya qulaq iltihabı olan uşaqlara adenomaların əməliyyatı məsləhət görülür.
3. Orta qulaq iltihabı kimi, böyümüş adenomalar sinus iltihablarına səbəb ola bilər. Bir çox cərrahlar kəskin sinus problemləri olan uşaqların cərrahi müdaxiləsini məsləhət görürlər.
Əməliyyatın fəsadları olurmu?
Fəsadlar çox nadir hallarda baş verir. Məsələn anesteziya riski mümkündür ki, bu da xəstənin sağlamlığı ilə bağlıdır. Lakin əməliyyatdan öncə xəstə bir neçə analiz və müayinələrdən (qanın ümumi analizi, EKQ və s) keçir və bu zaman hər hansı bir riskin olub-olmayacağı barədə həkimlər qərar verirlər. Qanaxma da nadir hallarda baş verir.
Uşaq bu problemdən ötüşə bilərmi?
Adenoidlərin, adətən ikinci on illik yaş dövründə reqressiyası, yəni kiçilmə prosesi başlayır. Lakin ağızla nəfəs alma, yuxuda xoruldama kimi problemlər varsa, ikinci onilliyi gözləmək lazım deyil.
Öz- özünə müalicə mümkündürmü?
Böyük adenomaların özbaşına müalicəsi effektli deyil. Kəskin adenoması olan uşaqları təkrar boğaz ağrılarından, soyuqdan qorumaq üçün onların tez-tez əl yumamasına, pis havalandırılan otaqlarda və adam çox olan yerlərdə olmamasına çalışmaq lazımdır
Müəllif: Həkim-otorinolorinqoloq E. Bayramov
Yazı: Elnarə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 13
adenoid bogazda olan badamciqlardir
Adenoid burunun arxa divarinda yerlesir. yazida etrafli melumat var
Adenoid emeliyyati 300 azn (narkozla) Meblege analizler, klinikada qalma, yemek ve dermanlar daxildir
veziyyetden asili olaraq 1-2 gun
bogazda olan artiq et Tonzillit adlanir, burunda olan artiq et ise Adenoid!