məktəbdə oxuyan vaxtLarımızda
qızLar 23 fevraLda sinifdə bir
oğLan seçib ona hədiyyə
qoyurduLar. Kitab, odekaLon,
köynək və nəsə başqa şeyLər.
Vaxtı-vədəsi yetişəndə biz
oğLanLar da qızLara hədiyyənin
əvəzini qaytarar, üstəLik süni güL
də əLavə edərdik. BeLə vaxtLarda
hərə öz yorğanına görə ayağını
uzatsa da, qızLar say etibarı iLə
oğLanLardan çox
oLduğundan,bəzən iki qız bir
oğLanı arasında şərikLi edərdi.
Eyni zamanda varLıLar və
ortababLar özLərinə mağaza
müdiri, müəLLim, briqadir
baLasını götürərdi. Hər kişiLər
bayramı - 23 fevraLda bizim
sinifdə bir kasıb, yetim qız dərsə
gəLməzdi, aiLəLərinin imkanı yox
idi hədiyyə aLmağa, amma 7
martda dərsdən sonra qızLara
veriLən hədiyyəLərə eLə baxardı
ki, sanki ona bağışLamışdıLar.
AğLım kəsəndən bunu
anLamışdım və 7-ci sinifdə iki qız
üçün hədiyyəLər aLan zaman
bacıLarımdan xahiş etdim ki, o
kasıb sinif yoLdaşıma
bağışLamağım üçün bir əLavə
kukLa götürsünLər. Həmin günü -
7 martda sevinə-sevinə qızLarın
hədiyyə borcunu verəndən sonra
kasıb qıza dedim məni dərsdən
sonra gözLəsin. Yuxarı mərtəbəyə
qaLxdıq, yarı qaranLıq dəhLizdə
ona dedim: - GözLərini yum.
Sonra paLtarımın aLtında
gizLətdiyim baLaca kukLanı
çıxarıb onun açıLan ovucLarına
tərəf apardım. Qız gözLərini açan
kimi sevincək çığırdım: -
Bayramın mübarək oLsun..! Qız
tutuLub qaLdı, sonra kukLanı
sinəsinə sıxdı, gözLərindən yaş
giLəLənirdi: - Bax, nə istidir. ƏLimi
kukLaya vurdum, bayaqdan
məktəbin həyətini fırLanıb qaça-
qaça gəLdiyimdən və səhərdən
sinəmdə gizLətdiyimdən o ucuz
sovet kukLasına qəLbimin
hərarəti, bəLkə də sevgimin
istiLiyi keçmişdi sanki. Qızcığaz
qəfiL hədiyyədən mi, ya da
biLmirəm nədən idi, eLə hey göz
yaşLarı axıdırdı. Tez yaş
yanağından bir öpüş aLıb qaçdım,
indiyənəcən də quLaqLarımda
onun cingiLtiLi səsi gəLir: - DəLi
haaa. Hara qaçdın.? Demə öz
taLeyimdən qaçırmışam. Sonra
zəmanə dəyişdi, o qızın
qardaşLarı Rusiyada böyük
biznes eLədiLər, qızın aiLəsi
kəndimizdən köçüb getdi, 11-ci
sinifdə oxuyanda kişiLər
bayramıma evimizə az qaLa
böyük bir xonça göndərdi o qız.
P.S. Bu yaxınLarda, 25 iLdən sonra
o qızın evində qonaq oLanda,
müLkün ən yaraşıqLı ərində
bahaLı hədiyyəLərin içində o
kukLanı gördüm, əLimə
götürdüm, az qaLa barmaqLarım
yanaydı, arxaya baxdım, hər
ikimizin gözLəri yaşarmışdı.
Ruhumun quLaqLarına bu səs
vgəLdi. - DeLi haa. Hara qaçdın.?
m.odnoklassniki.ru/dk?st.cmd=altGroupMain&st.groupId=54626766094354&_prevCmd=userMarks&tkn=443
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1