Qarakənd faciəsi vəya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələritərəfindənvurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərindəüç yüz metryüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədərmaraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən ermənidilində yayımlanan "Vətənvəvətəndaş"verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.
Son gediş
7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya vəErmənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bunda idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir vəhansı xalqın (yəni azərilər vəya ermənilər) sıxışdırıldığı məlumdeyil. Bu səbəbdəndəonlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər vəXankəndiyə getsinlər. Onlar əvvəlcəAğdama üz tutdular vəbir neçə saat sonra onlar Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur.
Araşdırma
Helikopterin vurulmasında istifadəolunmuş Barret M82A1 silahının bir modeli
20 noyabr faciəsi nəticəsindəAzərbaycanın dövlət katibi Tofiqİsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev vəbir çoxdövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksəkrütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması vəinsan təlafatı") cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindənheç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaqqadağan edildi bele bir məlumatda yaydıki "qara qutu""istidən" vəyanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəkihelikopter təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi vəsıradan çıxması üçün 3.800 dərəcəistilik lazım idi.Hadisədən bir neçəgün keçəndənsonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündədə heçbir səs-soraq yoxdur. Bütün bunları əlində əsastutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.
Qəzanın səbəbləri
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçəgün sonra etirafetdilər. Bütün şübhələri aradan qaldırmağa vəMi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyəisə bizə bir neçəil lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox"ağ ləkələr" var. İndiyə qədərhələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslərolan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşaiyətetmirdi? Niyə onların hamısı bir helikopterdəidi-sadəcə elə bu fakt bütün mümkün vəqeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 kmməsafədəuçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsindəgedir. Bu silah hədəfədəyərkənilkin olaraq güclü yanğın törədir. Buna "nüvə yanğını" deyirlər. Bu yanğının yayılma zərbəsindənobyektin qalıqlarının mərkəzdən500-600 metrkənara atılır.
Həlak olanların siyahısı
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmətİsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfəroğlu Cəfərov– millət vəkili
Vəli Hüseynoğlu Məmmədov– millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev– Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlikşöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyətrayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
Mixail DmitriyeviçLukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmmədoğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü
1991-ci ildə Füzuli vəXocavənd rayonlarının hərbi komendantıolmuş general-leytnant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi helikopterin erməniquldurları tərəfindənvurulmasına münasibət bildirərkən deyib ki, əgər onun ezamiyyətmüddətini artırsaydılar, Qarakənd səmasında vurulan helikopterdəo da olacaqdı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев