FÜZULİ RAYONU . İnqilabçılar , musiqiçilər, alimlər, şair və yazıçılar, görkəmli sənət adamları bu torpağın yetişmişdilər.
Əslən Füzulidən olan maarif xadimləri: Mirzə Məhəmmədəli Qayıbov, İsmayıl bəy Səfibəyov, Muxtar bəy Muradov, Əli bəy Şəfibəyov, Pənah Qasımov, Əsgər bəy Eyvazov , Cavad bəy Cuvarlı, Gülmalı bəy Cuvarlinski, Teymur Xələfov , Firəddin Quliyev, Mirzə Saleh Axundov , İsa Aslanov , Həsənalı Qasımov, Murad Xudiyev , Səadəddin Həmidov, Cabbar Həşimov, İdris Muradov, Səltənət xanım Teymurazbəyova, Hüseyn Hüseynov , Baloğlan Ağayev , və başqa maarifpərvər insanlarla fəxr etməyə dəyər. Görkəmli alimlərimiz: Bahadur Eyvazov - Tibb elmləri doktoru, professor, Şəmil Quliyev- Tibb elmləri doktoru, professor , Arif Mehdi oğlu Quliyev- texnika elmləri doktoru, professor,Tofiq Hümbət oğlu Nəcəfli — tarix üzrə fəlsəfə doktoru, Tərbiz Nəsib oğlu Əliyev - iqtisad elmləri doktoru, professor, Şəfa Əliyev —iqtisad elmləri üzrə fəlsəfə doktoru, Qabil Əliyev — tarix elmləri doktoru, professor , Fərid Eyvazov iqtisad üzrə fəlsəfə doktoru , Aqil Eyvazov iqtisad üzrə fəlsəfə doktoru, , Yusif Qasımov elmlər doktoru, professor, İbrahim İbrahimov- elmlər doktoru, professor,Məmməd Xələfov- hüquq elmləri doktoru, professor, Cəbrayil Xələfov-fəlsəfə elmləri doktoru, professor, Əlibəy Əlibəyov- tibb elmləri doktoru, professor, Əli Nuriyev- iqtisad elmləri doktoru, professor, Vaqif Salmanov fizika elmləri doktoru,professor ,Nazim İmanov - iqtisad elmləri doktoru, professor, Akif Musayev — iqtisad elmləri doktoru, professor, Qubad Bayramov - iqtisad elmləri doktoru, professor , Məmməd Məmmədov – riyaziyyat elmləri doktoru, professor və. s bu kimi şəxsiyyətlər. İctimai xadimlərimiz: Məmmədqulu Məmmədov ,Məmmədxan Məmmədxanov, Cəfər Hüseynoğlu, Xanlar Səfərəliyev , Səfərəli Səfərəliyev , Bunyad Sərdarov, Əsəd Qarayev , Əbdül ( Qoçu Əbdül ) Məmmədov, Muxtar Cəbrayilov, Heydər Heydərov, Səfər Hacıyev ,Rüstəm Səfərəliyev , Həmid Rüstəmov , Bəhram bəy Kərimbəyli , Zülfüqar Hüseynov , Mehdi Mehdiyev , Gəncalı Səfərəliyev , ,Atakişi Atakişiyev , Məmmədqulu Məmmədov, Sərxan İbrahimov Bahar Muradova , Məmməd Məmmədov və başqaları... Azərbaycan Respublikasının fəxri adlarına laiq görülən həmyerlilərimiz: Xanım Bahar Muradova (şöhrət ordeni ) , Alı Alıyev ( tərəqqi medalı və şöhrət ordeni ), Səfixan Məmmədov (tərəqqi medalı və şöhrət ordeni ) , İslam Rzayev ( şöhrət ordeni ) , İlyas Əfəndiyev ( Şöhrət ordeni ), Elçin Əfəndiyev ( Şərəf ordeni və Şöhrət ordeni) , Ceyhun Məmmədov ( tərəqqi medalı ),İsfəndiyar Səfərəliyev ( tərəqqi medalı ) ,Yusif Hüseynov ( tərəqqi medalı ) və bu kimi fəxr ediləsi həmyerlilərimiz. XVIII-XIX əsrlərdə yaşayıb – yaratmış şairlərimiz: Əlixanlı ( Alxanlı ), Kərim bəy Vəzirov ( Gecəgözlü ), Mirzə Ələsgər bəy Növrəs ( Zərgər ) , Mirzəməmmədqulu bəy Qayıbov ( Veysəlli ), Talıb bəy Vəzirov ( Gezəgözlü ), Molla Beyməmməd Bülbül ( Yağlıvənd ), Kərbəlayi Ələkbər Safi ( Merdinli ) , Həsən bəy Hacı ( Hacılı camaatı ), Əsəd bəy Vəzirov ( Mirzəcamallı ), Mirzə Sadıq Pirani ( Rəfədinli ) və başqa Füzuli torpağının yetirməsidirlər Əslən Füzulidən olan incəsənət xadimləri : Bəhram Nəsibov ( bəstəkar ), Əfsər Cavanşirov – (Bəstəkar, "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri), Məmməd Cavadov ( bəstəkar ),Razim Paşayev ( bəstəkar ) , Zöhrab Abdullayev ( bəstəkar ), Əli Baxış ( bəstəkar ) Vaqif Vəliyev ( əməkdar incəsənət işçisi ), İldırım Cabbarov— Azərbaycan teatr rejissoru, Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru, Rafiq Əliyev ( aktyor ), Vaqif Rəhimov ( aktyor ), Mələksuma Həsənova ( aktrisa ), Mürşüd Həşimli ( aktyor ), Savalan Zülfüqarov ( aktyor ) , Rafiq Atakişiyev – Rejissor , Adışirin Əliyev ( rejissor- aktyor ) , Səfər İbrahimov rəssam- rəqqas ), Allahyar Əliyev ( aktyor ), Aqil Novruz ( rejissor- aktiyor ), Seyid Şuşinski ( xanəndə ), Ağabala Abdullayev ( xanəndə ), İslam Rzayev ( xanəndə ), Qəndab Quliyeva( xanəndə ), Təşgilat Nəsirov ( xanəndə ) , Eldar Novruzov ( xanəndə ), Qoçaq Əsgərov ( xanəndə ), Eldəniz Məmmədov ( xanəndə ), Könül Tağıyeva ( xanəndə ), Nizami Abdullayev ( xanəndə ), Şakir Nəsirov (xanəndə ) Manaf Ağayev ( mügənni ) Səyyad Əlizadə ( mügənni ), Bağman Musayev ( müğənni ), Kamil Cəfərov ( müğənni ), Nadir Bayramlı ( müğənni ), Səlim Fərhadov ( müğənni ) , Rafael Məmmədov ( müğənni ), Elçin Həşimov ( tar ), Rasim Şamxalov ( tar ) , Nahid Məmmədov ( tar ), Ədalət Behbudov ( tar ), Xəyyam Məmmədov ( kamança ), Pərviz Fərhadov ( kamança ), Rəhman Məmmədov ( gitara ) ,Müşfiq Əliyev ( Qarmon ) və. s bu kimi görkəmli sənətkarlar. Müasir dövr yazarlarımız: İlyas Əfəndiyev ,Elçin ,Tofiq Əfəndiyiyev, Səttar Axundov, Oqtay Salamzadə, Cəmil Əlibəyov, Adışirin Səfərəli, Soltan Yusif, Mərkəz Qacar, Çingiz Əlioğlu, Mətləb Misir, Nəcəf Nazim, Seyran Səxavət, Oruc Səda, Nemət Veysəlli, Vaqif Bəhmənli, Faiq Şükürbəyli, Mahmud Qacar, Samir Əsgərxanov, Ələddin Qənbər, Əşrəf Veysəlli, Vəzir Hacıyev , Seyran Səxavət , Vahid Əlifoğlu, Ənvər Çingizoğlu ,Allahverən Qurbanlı, Süleyman Qaradağlı, Mirələm Quliyev , Kərim Sevindik oğlu Kərimli, Hafiz Ülvi, Təvəkkül Qurban , Voraşil Hacıyev, Sabir Arazlı və.s . Görkəmli hərbi qulluqçular : Əvəz Mahmud oğlu Əlibəyov 1895-ci ildə Cəbrayil Qəzasının Merdinli obasında anadan olmuşdur. Birinci Dünya Müharibəsi , vətəndaş müharibəsi və Böyük vətən müharibəsində iştirak etmiş, alay və briqada komandiri olmuşdur.1961-ci ildən respublika əhəmiyyətli fərdi pensiyaçı idi. “ Lelin” ordeni və medalla təltif olunmuş, 4 dəfə Georgi xaçı almışdır, Əvəz Əlibəyov 1978-ci ildə Füzuli şəhərində vəfat etmişdir. Rəşid bəy Sultanov — çar ordusunun polkovniki,Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru, Azad Ələkbərov — general-mayor, Dövlət Sərhəd Xidməti rəisinin müavini, DSX Şəxsi-heyət üzrə Baş İdarə rəisi, Hikimət Həsənov ¬¬¬- general-mayor , Müdafiə Nazirliyi Bərdə Hərbi birləşməsinin komandiri, polkovnik Mehman Hacıyev, polkovnik-leytenant - Abbasov Ədalət Hekayət oğlu , Əhliman Əliyev — Tibb-xidməti polkovnik-leytenantı, polkovnik-leytenant Şahin Aslanov və başqaları. Qarabağ döyüşlərində xidmətdə fərqlənən hərbi quluqçular: Sevindik İsmayılov - Azərbaycan bayrağı ordeni , Taryel Qəhrəmanov –Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdurlar. Ermənilərin 1993-cü ilin avqustundan başlayaraq kütləvi hücumları nəticəsində həmin ilin oktyabr ayına qədər bütün rayon ərazisi işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə Füzuli rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir Onlardan: Fərzəliyev Pəhlivan Əhliman oğlu 27 sentyabr 1958-ci ildə Füzuli rayonu Qobu Dilağarda kəndində anadan olmuşdur. 1992-ci ildə Qacar kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur, Məmmədov Seymur Qəhrəman oğlu 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1992-ci ildə Məlikcan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur , Rəfiyev Faiq Qəzənfər oğlu 22 fevral 1955-ci ildə Füzuli rayon Saracıq kəndində anadan olmuşdur.1992-ci ildə döyüş zamanı gözündən aldığı yaradan rəhmətə getmişdir., Zülfüqarov Elxan Qaçay oğlu 29 iyun 1954-cü ildə Füzuli rayonu Üçbulaq kəndində anadan olmuşdur. 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur , Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunda andan olmuşdur. 9 yanvar 1992-ci ildə Gövşadlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur , Kərimov Bəşir Bəylər oğlu 2 fevral 1967-ci ildə Füzuli rayonu Qacar kəndində anadan olmuşdur. 1995 –ci ildə Füzuli rayonu uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Nəhayət , 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun və polis bölmələrinin fədəkar döyüşləri nəticəsində Horadiz qəsəbəsi və 21 kənd erməni işğalından azad olundu. Rayonumuzun sosialit-əməyi qəhrəmanları: Şamama Həsənova – 2 dəfə (Arayatılı kəndi ) , Babayeva Nənəqız ( Babı kəndi ) , Hümbətova Məleykə ( Babı kəndi ) , Mehrəliyev Hüseyin ( Babı kəndi ) , Rəsulova Gülüzar ( Aşağı-Mollaməhərrəmli kəndi ) , Abbasov Mənsim ( Əhmədallar kəndi ) , Məhərrəmov Mösü ( Əhmədallar kəndi ), Bəylərov Surxay ( Əhmədallar kəndi ), Quliyev Əliyar ( Əhmədallar kəndi ), Sərkərov Nüsrət ( Əhmədallar kəndi ), Sərkərova Gülüş ( Əhmədallar kəndi ), Əhmədov Qarakişi ( Əhmədallar kəndi ), Səfərəliyev Rüstəm ( Əhmədallar kəndi ), Muradov Cəlil ( Dövlətyarlı kəndi ) , Mehdiyev İsa ( Dövlətyarlı kəndi ) , Məmmədova Asiya ( Dövlətyarlı kəndi ) , Səfiyeva Ceyran ( Dövlətyarlı kəndi ), Həsənova Sayad ( Dövlətyarlı kəndi ), Babayeva Zübeydə ( Əhmədbəyli kəndi ) ,Məmmədova Arəstə ( Əhmədbəyli kəndi ) və başqaları. Rayonun mərkəzi və kəndləri günü- gündən abadlaşır və gözəlləşirdi. Lakin bədman qonşularınalçaq niyyətləri Füzulilərin ayağa qalxmağa , ulu torpaqların yağı düşməndən qorumağa məcbur etdi. Rayonun ermənilərə yaxın 129 km-lik zolağında dəfələrlə ölüm – dirim vuruşması oldu. Füzulinin igid oğlanları düşməni irəliləməyə qoymurdular. Gövşadlı, Yuxarı Veysəlli, Qacar, Divanallar, Qaradağlı, Aşağı Veysəlli, Hoğa, Qoçəhmədli, Yağlıvənd, Cəmilli, Gorazıllı, Cuvarlı, Arış, Dilağarda və.s kəndlərin əhalisi bu müharibənin əsas ağırlığını çəkirdilər. Yüzlərlə Füzulili Qarabag müharibəsinin qurbanı oldu , yaralandı, şikəst oldu, əsir qaldı. Rayonun təqribən 139 min hektar ərazsinin 30 min hektarı geri qaytarıldı. İndi həmin ərazidə yaşayan kənd və qəsəbələrdə həyat öz axarına düşməkdədir. İşğaldan azad olunmuş bu ərazidə 1xəstəxana, 11 tibb məntəqəsi, 17 mədəni-maarif müəssisəsi, 23 məktəb fəaliyyət göstərir. 1996-cı ildən başayaraq Dünya İnkişaf Bankının ayırdığı vəsait hesabına Horadiz qəsəbəsində 1 uşaq bağçası, 1 xəstəxana , 1 məktəb, 1 mədəniyyət evi, 1 hamam, bir neçə inzibati binalar, 1 rabitə evi, 971 fərdi və kommunal yaşayış evləri bərpa olunub. Bununla yanaşı rayonun Əhmədbəyli, Kürdmahmudlu, Araz Dilağarda ,Böyük – Bəhmənli, Bala- Bəhmənli, Birinci Mhmudlu , İkinci Mahmudlu, Araz Yağlıvənd, Kərimbəyli , Babı, Arayatılı, Mollaməhərrəmli, Şükürbəyli və.s kəndlərində 2000-dən çox fərdi yaşayış evləri bərpa olunaraq əhalinin isdifadəsinə verilmişdir. Hal-hazırda Horadiz şəhəri və rayonun başqa kəndlərində yenidən qurma işləri davam edir. Rayonun mərkəzi olan Horadiz şəhərində idarə və müəssisələr üçün müasir tələblərə uyğun inzibati binalar tikilir və isdifadəyə verirlir. Bərpa işləri hal- hazırda davam etdirilir və evləri bərpa olunmuş sakinlər tədricən öz evlərinə qayıdırlar. Buna baxmayaraq füzulilərin böyük bir qismi hələ də Azərbaycanın 55 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdırlar. Rayon ərazisində n kənarda fəaliyyət göstərən məktəblər Bakı, Sumqayıt, İmişli, Beyləqan, Sabirabad, Saatlı, və Biləsuvar ərazilərində və eləcə də qaçqın və məcburi köçkünlərin sıx yerləşdiyi Fin şəhərində öz fəaliyyətlərini davam etdirilər.
Təsisçi : Bahadurlu Gülnarə Ceyhun qızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев