Предыдущая публикация
Yaşadır bəşəri sonsuz arzular.
Bir istək zamandır ram edib məni,
Ki, tələs, ötürmə qalan vədəni.
Qul ol, yaradana qul olan kəsə,
Vəsf elə ol kəsi imkanın nəsə.
Bəs edər oxuyub öyrəndiklərin,
Yetişər karına dərk etdiklərin.
Çox da vəsf olunub o zaman-zaman,
Buyur sən də dillən varikən imkan.
Qorxma ki, dünyada çoxdur yazarlar,
Oxucu kəslərdən sənə də çatar.
Tanrı elçisinin sevgisi ümman,
Bu ümman içində sən də ol ünvan.
Nurdan nəqş olunmuş o üzük qaşı,
Cahan bəzəyidir, xilqətin başı.
Ona tapınanlar bəxtiyar ikən,
Elmi ümmətinə iftixar ikən,
Əlindən gəlirsə yazıb – yaratmaq,
Məqbul sayılarmı vaxtı uzatmaq?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев