Hind Allahın Rəsulunu belə təsvir etdi:
“Allahın Rəsulu çox uca şəxsiyyətə sahib idi. Çöhrəsi on dörd gecəlik Ay kimi parıldayırdı. Ortaboylu idi; nə gödək, nə də uzun. Kəllə sümükləri iri idi. Saçları bir o qədər də buruq deyildi. Bəzən saçlarını başının arxasında toplayır, bəzən isə açıb buraxırdı. Bu zaman saçlarının uzunluğu qulağının sırğalıq yerini aşmırdı.
Çöhrəsi açıq və təravətli idi. Geniş alnı vardı. Kamana oxşar zərif və çatma qaşları vardı. Qaşlarının arasından bir damar keçirdi ki, qəzəblənəndə bu damar gərilib üzə çıxırdı. Burnu azacıq qabarıq şəkildə idi, parıldayırdı, hətta ilk baxışda uzunsov görünürdü. Sıx saqqalı vardı. Gözləri qara idi, ağzı kiçik deyildi. Dişləri ağappaq və yaraşıqlı idi... Gümüş kimi bəyaz və düz boynu vardı. Bütün əzaları mütənasib və gözəl idi. Sinəsi və qarnı bir xətt boyunca eyni müstəvidə idi (yəni nə sinəsi, nə də qarnı irəli çıxmamışdı). Sinəsi geniş, kürəyi enli idi. Sinəsindən göbəyinə kimi nazik xətt şəklində tüklər uzanırdı. Qollarından və qıçlarından fərqli olaraq, qarnının və köksünün üzəri tüksüz idi. Qolları uzun, ovucları enli, əl-ayaq sümükləri iri idi. Nazik beli vardı. Qarnı kiçik idi. Ayaqlarının altı hamar idi. Yeriyəndə azacıq sağa-sola meyl edirdi, təvazö ilə, amma cəld yeriyirdi. Yerişi elə idi ki, sanki yoxuşdan aşağı enir. Bir tərəfə dönəndə bütün vücudu ilə çevrilib dönərdi (yalnız başını döndərməzdi). Baxışları utancaq idi, səmaya az nəzər salardı, çox vaxt yerə baxardı. Baxanda gözlərini qıyar, nəzərlərini bir yerə zilləməyi xoşlamazdı. Səhabələrlə birlikdə addımlayar, rastlaşdığı adamlara birinci salam verərdi”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1