Предыдущая публикация
Qəribə işdir,
Danışıram yenə mən
Əlim qələm də tutur
Durub şeir yazıram
Gecə-gecə sənə mən...
Sən həm mənim kədərim
Sən həm mənim şadlığımsan
Sən mənim əsarətim
Həm də azadlığımsan...
Yoxsan...
Qəribə işdir,
Qəlbim, hissim, düşüncəm
Axı oyaqdır mənim...
Necə nəfəs alıram
Havam ki yoxdur mənim?
Yoxsan...
Sən mənim üçün
Xoş arzularsan, demək
Baharda qarsan, demək
Qışda baharsan, demək.
Yoxsan...
Sən mənim üçün
Daha çox varsan, demək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6
Kaş gedərkən xoş baxaydin üzümə,
Sizlayiram yuxu getmir gözümə,
Sensiz yaman darixiram,bu gecə...
Gözlərim yollarda,qəlbim narahat.
Sanki durub zaman, işləmir saat,
Sənli anlar məni buraxmir rahat,
Sənsiz yaman darixiram bu gecə...
Heç bilmirəm xeyirdimi-şərdimi,
Bu çəkdiyim kədərdimi-sərdimi,
Dost tapmiram danişmağa dərdimi,
Sənsiz yaman darixiram bu gecə...
Yalana öyrəşdin,demədin düzün.
Xəyalimda canlanir gözəl üzün,
Qaranliq otağma çokübdur hüzün,
Sənsiz yaman darixiram bu gecə...