Günəşin xəfif işığı otağımın pəncərəsi ilə ahənglik yaradır. Mən yerimdə eləcə oturub, elə həmin fikirləri bəlkə 101ci dəfədir düşünürəm.
Özümü sənin həyatında çox fərqli görürəm, bu artıq ego da ola bilər.
Bilirəm, bilirəm yox əminəm
Kimsə sənin gözlərinə baxanda mənim kimi hiss etməyəcək, kimsə səni düşünməkdən gecə yuxusuz qalıb səhəri diri açmayacaq.
Həm susub, həm də hər mənasız şeyi danışaraq səninlə vaxt keçirməyə çalışmayacaq.
Dediyim kimi gərəksiz ego.
Ən çox da bunları sevirəm
Sən dayanmadan qaçırsan, mən sənin arxanca gəlirəm.
Günün hər anı gizlənirsən
Dəli-divanə yollarına düşürəm.
Vecinə deyilmişəm kimi davranırsan, həzz alıram.
Oxuduğum kitabda
Pıçıldadığım musiqidə
Gördüyüm yuxuda
və yaşamaq üçün ciyərlərimə dolan hər havada sən varsan, Mənimləsən.
Sənin vazkeçilməzliyini də uzun müddətdir anlamışam.
Bütün rənglər səninlə qiymətlənir.
Sənsiz qırmızı qırmızı deyil, mavi öz maviliyinin fərqində deyil.
Ağ rəng sadəcə sən geyinəndə öz gözəlliyini ətrafa saça bilir.
Bir gün məni heç amma heç sevmədiyini desən
Sevgim azalmayacaq
Və ölənə qədər
Səni
Eşqlərin ən ölümsüzü ilə Sevəcəyəm.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Senden ayrı bir günü bir il bilirem
Seni,Leyli tek sevmesemde bil,
Sehrada ruhumu, mecnun bilirem(M)