Ey İlahi-rəhmətin ismi – Muhəmməd Mustəfa (s),
Sən, Əlidir – söylədin, şahid buna Həccül-vida!
Bildi kim, nəcranilər nəfsi-Peyəmbərdir Əli,
Kimsə layiq olmaz əsla bu ada – ondan səva.
Gəldi paklıq ayəsi Mövla Əlinin şəninə,
Kimsə görmüb dəhrdə əsla Əlidən bir xəta.
Bəzi nakəslər Əlinin həqqinə zülm etdilər,
Böylə zülmün sahibi qalmaz Qiyamət bicəza.
Heç nə Zəhranı Əlidən ayrı salmazdı, fəqət,
Şil olan əllər bu zülmü bildi Mövlayə rəva.
Hərlənər biganələr aşiq-təriqindən kənar,
Çün, sevənlər cani-dildən Yarə can eylər fəda.
Candan üstün tutmusan Allah rizasın, ya Əli,
Ol səbəb məşhur olub – ismi Əliyyəl-Mürtəza.
Ya Əli, sən əhli-eşqin qibləsi, eşqin özü,
Zikri-ismin cismə qüvvət, ruhə bəxş eylər səfa.
Ya Əli, Xeybərdə sən heyrətdə qoydun gözləri,
Oldu səndən aşikar – ol əqlə sığmaz bir şüca.
Ya Əli, Xəndəkdə də səndin pənahi dinimin,
Bir nida Cibril-Əmindən gəldi onda – la fəta!
Harda bir məzlumi zalim sıxsa, səslər – ya Əli!
Tapşırar Mövlasına, hər kim çəkər kimdən cəfa.
Ya Əlican, əl açıb aləm qapından istəyir,
Çün, Əlisən, sən Əli – hər qəm tapar səndən dəva.
Ya Əlican, bir nəzər salsan kifayətdir, o kəs,
Bəhsə girsin, Afitabın həqqini etsin əda.
Ya Əli, qovmazsan əsla, qovsan hətta getmərəm,
Bihəya sail mənəm, sənsə Əli tək bir ağa.
Ya Əli, qismətbölən sənsən, sənindir ixtiyar,
İzni, çün Allah veribdir, istərəm səndən şəfa!
Şahin Qurbanov
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев