Turançı= Bu gün yenə də təssüf hissi ilə Qarabağın bir parçası olan Laçının işğalı haqqında yenə də paylaşası olduq. Görəsən nə vaxt QƏLƏBƏ kimi qeyd edəcəyik?
“Laçın "dəhlizi" ermənilərə açıq qaldıqca Azərbaycan taleyi bağlı qalacaq...”
"1992-ci ilin payızında bu “dəhliz”in bağlanmasının əngəllənməsində kürsülərinə “dəhliz” açmaq istəyən hakimiyyət aşiqlərinin də çox böyük rolu oldu...”
3 cümlə ilə bir "quş"...
28 il öncə bizlərin faktiki olaraq hərbi-siyasi yolla deportasiya olunduğu və ermənistanın nəzarətinə verildiyi Laçın rayon mərkəzi və ətraf kəndlərin ərazisi elə həmin vaxtdan bizim və çoxüzlü beynəlxalq güclərin hərbi-siyasi leksikonuna “Laçın dəhlizi”, yaxud “Laçın koridoru” söz birləşməsi kimi daxil oldu...
1992-ci ilin iyun-oktyabr aylarında şimaldan Kəlbəcər, cənubdan Qubadlı istiqamətlərindən yeni formalaşan, əsasən könüllülərdən ibarət Milli Ordumuz, polis taborlarımız, eləcə də Laçın alayı, Laçın polisinin, Qubadlı taborunun və s. minbir əzab-əziyyəti, qəhrəmanlığı, neçə-neçə oğullarımızın şəhidliyi sayəsində azad olunmaqda olan bu “dəhliz”in ermənilərin üzünə bağlanmasının əngəllənməsində(elə həmin ilin mayında açılmasında da), nə yazıqlar ki, torpaqlarımız hesabına kürsülərinə “dəhliz” açmaq istəyən hakimiyyət aşiqlərinin də çox böyük rolu oldu...
Hələ 1996-cı ildə istedadlı həmkarım Nizami Nicatın ideyası əsasında birgə düşünüb mütəmadi olaraq “Təzadlar” qəzetinin manşetinə çıxardığımız “Laçın “dəhlizi” açıq qaldıqca Azərbaycan taleyi bağlı qalacaq...” aksiomu həllini tapmamış bu xalqın, bu dövlətin əsl mənada müstəqil, xoşbəxt gələcəyinə gedən yol da açılmayacaq, bizim hansısa sahədəki qələbədən, uğurdan danışmağa heç bir haqqımız olmayacaq və imperialist güclərə arxalanan ermənilərin Gəncəyə, Bakıya yol açmaq şansları artacaq...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев