Turançı= Çox əfsuslar ki, indiki gənc nəsil hələ də 28 aprel Azərbaycanın rusiya tərəfindən işğal olunduğu bilmirlər. Ya orta məktəbdə bu günü tədris etmirlər,ya da şagirdlər yaxın tariximizlə maraqlanmırlar ki,oxumurlar. Bu gün işğalın 100 illiyidir.
Yaxın tariximizi bilmədiyimiz üçün həmişə başımız bəlalar çəkibdir. Sapı özümüzdən olan XALQ DÜŞMƏNLƏRİ həmişə Azərbaycana zərbələr vurubdur,vurur belə getsə yenə vuracaqdır.
“Azərbaycan bolşeviklərinin Cümhuriyyətin süqutunda “müstəsna” xidmətləri olub...”
“Əlbəttə, daxili siyasi böhranı heç kim inkar etmir. Lakin Azərbaycan bolşeviklərinin Cümhuriyyətin süqutunda “müstəsna” xidmətləri olub. Bu reallıqdır”.
Bu gün Sovet rusiyasının Azərbaycanı işğal etməsinin yüz ili tamam olur. 28 mayda müstəqilliyini elan edən Azərbaycanın suverenliyinə 23 ay sonra məhz 28 apreldə bu işğalla son qoyuldu. İşğal rusiya tərəfindən həyata keçirilsə də Azərbaycan kommunistlərinin və bolşeviklərinin bu prosesdəki “fəaliyyətləri” hər zaman cəmiyyətdə mübahisələrə və müzakirələrə səbəb olur.
XI Ordunun Bakıya yeridilməsində bolşeviklərin “xidmətləri”ni xüsusi qeyd etsə də, onu da vurğulayıb ki, bu olmasaydı belə rusiyanın Azərbaycanı işğal etməsi qaçılmaz idi:
“Ancaq hətta bu “xidmətlər” omasaydı belə, bolşevik rusiyası AXC-nin varlığına son qoyacaqdı. Nə üçün? Ona görə ki, vətəndaş müharibəsindən yenicə çıxan rusiyaya Bakı nefti hava və su qədər lazım idi. Hətta Azərbacan bolşevikləri də Sovet rusiyasına qarşı olsaydı belə, yenə rusiya Azərbaycanı işğal edəcəkdi.
Amma o da bir həqiqətdir ki, bu işğalda bolşeviklər “5-ci kolon” rolunu oynadılar və onların fəaliyyəti, eləcə də ölkədəki siyasi böhran bu işi sürətləndirdi. Bir daha vurğulayım ki, ölkədəki bütün siyasi qüvvələr yekdillik nümayiş etdirsəydilər də, gec-tez rusiya Azərbaycanı işğal edəcəkdi”.
Tarixçi alim bu tarixin bizim üçün həm də bir ibrət dərsi olduğunu vurğulayıb:
“28 May bizim üçün nə qədər şərəfli bir tarixdirsə, 28 aprel də o qədər ağrılı bir tarixdir, lakin həm də ibrətli bir tarixdir. Bir tərəfdə müstəqilliyin tarixi, bir yanda isə əsarətin və işğalın tarixi - bu təbii ki, bizə ibrət olmalıdır. Bu gün bütün Azərbaycan cəmiyyəti birlik nümayiş etdirməlidir ki, işğal altında olan torpaqlaırımızı azad edək və ölkəmizi güclü bir Azərbaycana çevirə bilək. Bu cəhətdən bizim hər birimiz bundan nəticə çıxarmalıyıq. 28 aprel ibrət götürməli bir tarixdir”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев