2021-ci ildə "Sahil S İnşaat MSK"nın təsisçisi Taley Alaverdiyev və məsul şəxsi Pənah Kərimov tərəfindən dələduzluğa məruz qalan vətəndaşlar yanvarın 8-də Məhkəmə-Hüquq Şurasının qarşısında etiraz aksiyası keçirib. Onlar məhkəmə hakimi Elnur Nuriyevin qərarı əsasında Pənah Kərimov ev dustaqlığına buraxılmasına etirazlarını bildiriblər.
2022-ci ildə şirkətin vəzifəli şəxləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi açılıb. Taleh Alaverdiyev və Pənah Kərimovun dələduzluq əməlləri nəticəsində 165 ailə zərər görüb. Zərərçəkənlər məsələ ilə bağlı tədbir görülməsini, eləcə də onlara təzminatın ödənilməsini tələb edirlər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1