Sevgilim...
Neyləyimki sən evlisən...
Arzularım, Xəyallarım sənsiz qalıb...
Gecələrim "iz"-siz qalıb,
Dodaqlarım çatlaq-çatlaq
Öpüşünə həsrət qalıb...
Neyləyimki sən evlisən...
Məni sevən,əzizləyən,saçlarıma tumar çəkən...
Baxışıyla gözlərimi gözlərinə kilidləyən, Aşiq edən...
....Sən evlisən!
Mənim sənə çatmır əlim
Arzularım,ümidlərim...
Əldən gedən sevinclərim...
Yalan olmuş gərçəklərim...
Keçmişimin tilsimisən,
Neyləyimki sən evlisən...
Neyləyimki Sən evlisən.!?
Axı mən də bir insanam...
Hisslərim var!
Sənsiz sənə həsrət qalan günlərim var...
Axı mən də bir insanam...
Ürəyim var!
Qırıq-qırıq, sınıq-sınıq
Bu eşqimdə viran olan bir dünyam var...
O dünyamda sən-MƏNİMSƏN...
Nakam qalan son eşqimin kilidisən...
Neyləyimki sən evlisən...
Mən sevəndə subay idin,
Gecə mənə qonaq idin... Bu eşqimə ortaq idin
Göz yaşımı gözlərim də həbs edirsən
Bu sevgini mənlə birgə dəfn edirsən?!
Anlamırsan...
...Və gedirsən!
Gileyim var,dərdlərim var...
Söyləyəcək sözlərim var...
...Dinləmirsən!
Kim bilir?
Bəlkə də sən mənsizliyə üzülürsən...
...mənim kimi?
Yarım qalan bu sevginin ağuşunda əzilirsən...
...xəzan kimi?
Bilirəmki getməlisən...!
...Sən evlisən!
Nə olsunki ,bu sevgimin təməlisən?
Artiq gecdi..Bitməlisən...!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1