Çukça özünə kamaz alır... Bir müddətdən
sonra ondan soruşurlar: - Maşının necədi? - Hər
şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki,
bütün tundra səhər kimi görünür...amma bir
şey var... -Nə? -İtlər tez yorulurlar. 2. Cim və
Meri dəlixanadakı dəlilərdəndir. Bir gün
dəlixanada hovuzunun ətrafında gəzərkən Cim
oppanıb hovuzun dibinə batır. Mari bunu görən
kimi tullanıb Cimi xilas edir. Marinin bu
qəhrəmanlığı bütün dəlixanaya yayılır.
Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu
yanına çağırtdırıb azad etmək üçün əmr
verməyə hazırlaşır. Mari baş həkimin otağına
daxil olur. Baş həkim: - Mari, sənə bir yaxşı və
bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni
azadlığa buraxacayıq. Pis xəbərim ondan
ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o
özünü hamamda asıb. - O özünü asmayıb.
Sudan çıxarıb mən asmışam ki, qurusun. 3.
Özünü siçan hesab edən bir dəli bir neçə ildən
sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı
gəlir. Baş həkim onu çağırıb yoxlayır: - De
görüm, sən insansan yoxsa siçan? - Həkim, o
günlər keçdi. Artıq ağıllanmışam. Həkim
sənədlərini yazır, bunu buraxır. Bir azdan
həkimlərdən biri gəlir: - Həmin adam yenə
siçan kimi kolların dalında gizlənib. Həkim
çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə
deyir: - Həkim mən ağıllanmağına
ağıllanmışam, amma çöldəki pişik hardan bilsin
ki,mən ağıllanmışam 4. Dəlixanada iki nəfəri
azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq
axırıncı yoxlamadan keçirək görək
ağıllanıblarmı” deyirlər. Hər ikisini masa
arxasına çağırırlar. Masanın üzərinə iki qab
qoyurlar. Birinin içinə zeytun, o birinin içinə
hamamböcəyi yığırlar. Sonra deyirlər bunları
yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə
başlayır. O birisi isə tez hamamböcəklərini
yeməyə başlayır və deyir: - Əvvəl bunları
yeyək. O birilər qaçmır. 5. İki dəli
xəstəxanadan qaçmağa qərar verirlər. Gecə
planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün
təzədən qayıdırlar. Digər dəlilər bunlardan
soruşurlar: - Niyə qayıtdınız? - Bu gün planı
yoxladıq. Sabah qaçacağıq. 6. Cim və Meri
dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada
hovuzunun ətrafında gəzərkən Cim oppanıb
hovuzun dibinə batır. Mari bunu görən kimi
tullanıb Cimi xilas edir. Marinin bu
qəhrəmanlığı bütün dəlixanaya yayılır.
Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu
yanına çağırtdırıb azad etmək üçün əmr
verməyə hazırlaşır. Mari baş həkimin otağına
daxil olur. Baş həkim: - Mari, sənə bir yaxşı və
bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni
azadlığa buraxacayıq. Pis xəbərim ondan
ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o
özünü hamamda asıb. - O özünü asmayıb.
Sudan çıxarıb mən asmışam ki, qurusun. 7. Bir
gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri
evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual
verir: - Deyin görüm vannada balıq tutmaq
olarmı? Hamı deyir ki, olar. Təkcə biri deyir
olmaz. Yoxlama həmin dəlini azad edir. Dəli
evə gələndə valideynləri soruşur: - Səni nə
yaxşı buraxdılar? Dəli dillənir: - Soruşdular ki,
vannada balıq tutmaq olar? Valideynləri: - Bəs
sən nə dedin, ağıllı balam? Dəli: - Dəli zad
deyiləm ki, deyim yerini onlar da balıqları
tutsunlar. 8. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan? Cavab: -
Xestexanada o biri deli: -Aaaaa hansi
xestelikden? 9. Sən pirajnanı niyə yemirsən.
Qorxursan ki, paltara yerləşməzsən??? - Paltar
problem deyil. Problem liftdir. 13. İki ovçunun
söhbətindən: - Bir gün, Afrikada, mən, 500 m-
lik məsafədən bir güllə ilə fili vurub öldürdüm! -
Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində
nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm! -
Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz
haqda eşitmisən? - Əlbəttə ki! - Hə, bax, onu,
qardaşımla bir yerdə mən öldürmüşəm! 10. İki
dost görüşür. Biri digərinə: - He-he-he-e-e-e-ç
ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-
yə mə-ə-ə-nim te-le- e-e-fon şir-kə-ə-ə-tim mə-
ə-ə-nə-ə-ə ən ya- a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-
i-mi müka-a-fat ve-e-e-rib? 11. Bir nəfər Sibirdə
havanın hərarəti mənfi 60 dərəcə olduğunu
eşidir. O buna inanmır və dostuna zəng edir: -
Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə
soyuqdur hava. - Yox, təxminən mənfi 25-30
dərəcə. - Həəə, amma deyirlər mənfi 60
dərəcədir. - Yox, çöldə ola bilsin mənfi 60
dərəcədir. 12. İki rəfiqə dalaşır: - Sən nə
ixtiyarnan məni hamının içində axmaq
adlandırırsan?! - Oy, bağışla sən mənə
tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
13. Biri gəlib məhəllədə başlayır goplamağa: -
Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər: - Orda göy rəngli
fillər olur onu necə öldürürlər? - Xüsusi silahla -
Bəs yaxşı qırmızı filləri? - Onu tutub boğursan,
başlayır göyərməyə sonra göy fillər üçün olan
silahla - Bəs yaşıl filləri? - Onu söyürsən,
utandığından qızarır sonra tutub boğursan,
başlayır göyərməyə sonra göy fillər üçün olan
silahla - Bəs sarı filləri? Cavab tapa bilmir: - Sarı
fil olur, əəə?? 14. Qulaq as Məmməd! Dünən
özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ
pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal
almışam. - Yaxşısı budur özüvə bir dənə də
yaşıl papaq al, olacaqsan qatıq butulkası. 15.
Bir qadın öz rəfiqələrinə danışır: - Təsəvvür
edirsiz???. Yatdığım yerdə birdən görürəm səs
gəlir. İşığı yandıran kimi tanış olmayan birini
görürəm. Ona dedim ki, 2 saatdan sonra burda
görmüyüm səni 16. İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan! - Sən özünsən axmaq! Bunu
görən bir oğlan uşağı yaxınlaşır: - Gözəllər,
dalaşmayın siz ikiniz də düz deyirsiniz. 17.
Nəynən dolanırsan? - Yazıram... - Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul
göndərsin 18. Sirk. Təhlükəli bir nömrə: sirk
işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər: - Kim bu nömrəni təkrar
etsə, 10 min dollar alacaq. Salondan kimsə
qışqırır: - Mən təkrar edərəm. Amma yırtıcı
heyvanı yığışdırın. 19. Nəvə nənəsindən
soruşur: - Nənə sənin gözlərin niyə belə
yekədi? - Səni yaxşı görmək üçün - Bəs
qulaqların niyə yekədi? - Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur? - Ay
mənim küt balam, məgər yadından çıxıb biz
filik axı. 20. Həkim, "ənənəvi narkoz” nə
deməkdir? - Bu deməkdir, al bu arağıvı
axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu
konyakı da iç, indi uzan cərrahiyyə masasına..
21. Cərrah xəstədən soruşur: - Sizə pullu
narkoz lazımdır, yoxsa pulsuz? - Əlbəttə ki,
pulsuz - Lay-lay deyim yatasan,qızıl gülə
batasan...... 22. Komandir tağımın əsgərlərini
bir sıraya düzür. Ciddi-ciddi baxıb: - Sıravi
Əliyev, sıradan çıxın, - deyə əmr edir. Əliyev
gürultu ilə yerə tirtap sərilir. Komandir: - Nə
oldu ona? - Sıradan çıxdı... 23. Avtomatı
təmizləməmişdən əvvəl nə etmək lazımdır? -
Nömrəsinə baxmaq lazımdır. Birdən
başqasının avtomatı olar. 24. Komandir
əskərlərin araq içmələrinə qadağa qoyur və
divara yazır: "İçki öldürür”.Sabahsı gün
komandir yazının altında bir yazı daha görür:
"Əskərlər ölməz.” 25. Ordu sıralarında yeni
qoşun növü yaranıb. Onlar hamıdan tez qaçır,
hamıdan yaxşı gizlənirlər. Onlar-dizertirlərdir.
26. Ordu sıralarında yeni qoşun növü yaranıb.
Onlar hamıdan tez qaçır, hamıdan yaxşı
gizlənirlər. Onlar-dizertirlərdir. 27. Almaniyada
müharibə vaxtı üç nəfər silahlı adam yol ilə
gedir. Yolda iki nəfər görürlər və qışqırılar: -
Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb?
Şəhərdə cüt gəzmək olmaz. İki nəfərdən biri: -
Bəs siz niyə cüt gəzirsiniz? Üç nəfərdən biri: -Biz
üç nəfərik "3" cüt rəqəm deyil. 28. İkindi dünya
müharibəsi illərində bir şotlandiyalı əlini
amerika əsirlərinə uzadıb fransızdan soruşur: -
Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən
də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar
nə uğrunda döyüşürlər?? 29. Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.
30. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə
güllənin gilizi yox, avtomatın özü dəyir. 31.
Mağazada: -Pişik neçəyədir? -200000 manat. -
Aaaa. Dünən axı 50000-ə idi. -Düzdü, amma bu
gün o, 150000 manatlıq tutuquşunu yeyib. 32.
Mənə yaxşı zəngli saat lazımdır. - Bizdə yaxşı
saat var. Deməli, əvvəlcə normal qaydada zəng
çalır, sonra həyəcan siqnalı verir, sonra
üstünüzə bir vedrə soyuq su tökür......əgər heç
biri kömək etməsə, işinizə zəng edib xəstə
olduğunuz barədə xəbər verir. 33. Bir tacir
zinət əşyaları satır. Hər gün müəyyən saatda
işini öz meymununa tapşırır və özü nahara
gedir. Bir oğru gəlir və müxtəlif hərəkətlər edir
- əllərini açır deyir : -lyalya Meymun da bunu
edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Meymun bunu edəndə oğru malları oğurlayıb
qaçır. Bu hadisə bir neçə təkrar olunandan
sonra. Tacir meymuna tapşırır ki, bir təkrar
olunsa səni öldürəcəyəm. Sabahı günü yenə
oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini
açır deyir : -lyalya Meymun yenə bunun
etdiklərini edir. Oğru gözlərini bağlayır deyir
lyalya. Elə bu an meymun yanından daş
götürüb çırpır oğrunun başına və deyir: - ala 34.
Telefon zəng çalır. Kişi dəstəyi qaldırır və xəttin
o biri tərəfindən səs gəlir: - Alo! Sevgilim
sənsən? - Bəli mənən. Bəs kimdi danışan? 35.
İki rəfiqə telefonla danışır: - Bilirsən, biz
Məmmədlə bir-birimizi sevirik. - Yaxşı
qurtaranda zəng edərsən. 36. İki tələbə sessiya
əvvəli: - Nə oxuyursan? - Kvant fizikası... - Bəs
niyə kitabı baş-ayaq tutmusan?? - Əşi nə fərqi
var eee
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев